18 Dekabr 2023 13:17
1 570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərhum xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruzla keçmiş gəlinləri Əzizə Novruzova arasında qalmaqal davam edir.

Teleqraf.com xəbər verir ki, Şəfəq Novruz İnstaqramda hekayə bölümündə paylaşım edərək keçmiş gəlinlərinə ismarış göndərib:

“Bax belə, ətrafdan qanadsız mələk kimi görünən... Hətta qardaşıma deyib ki, gedib onları döyə bilmirsən? Mən qarşı tərəfin yerinə olsaydım, sadəcə sakit dayanardım, onsuz da mən o videonu paylaşan deyildim. Onsuz da o video tez-gec ortaya çıxacaq. Videodan ona görə qorxur ki, orada ikinci şəxsin üzü açıq görünür. Mən böyüklüyümü saxladım, videonu paylaşmadım, paylaşmaq fikrim də yoxdur.

Ətrafda çıxardığı oyunları dayandırsaydı, mənim keçmişimi, boşanmış həyatımı, qızım haqqında bir-iki mənasız böhtanları başıma vurmasaydı, belə şeylərlə qorxudaraq ağzımı yummağımı istəməsəydi, məsələ bu yerə gəlib çıxmazdı.

Anama da demişəm. Artıq-əskik hərəkətlər, yenə də mələk kimi görünməyə çalışıb, özünü məsum göstərməyə cəhd edilsə, artıq məndən inciməyin!

Nələrə qadirmişsən, bir zamanlar məsumluğuna inanıb, özümə düşmən böyütdüyüm adam, sən necə professional oldun?.. Son sözüm odur ki, sakitliyini qoru. Bunu gərək əvvəldən edərdim. Çünki sən sakit dayandıqca, insanlar sənə inanır və mələk hesab edirlər. Mən isə mərd yaşamışam, mərd-mərdanə durmuşam. Buyurun, bu meydan, bu şeytan.

İş-gücümü kənara atıb, bu işlə məşğulam. Bir ildən çox dözmüşəm. Mən ailə üzvü olaraq öz vəzifəmi yerinə yetirdim. İndi qarşı tərəf hər gecə yatanda şükür etsin ki, bu gün də videolar ortaya çıxmadı. Əgər ağıllı olub sakitliyi qorusalar, mən də sakit duracam”.

Qeyd edək ki, Əzizə Novruzova Şəfəq Novruzun qardaşı Nəriman Novruzla ailəli olub.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər