"Sözlə hisslərimi dilə gətirmək çətindir, söz acizdir. Qarabağdan 14 yaşımda çıxmışam, 55 il əvvəl..."
Teleqraf.com xəbər verir ki, bu sözləri Xankəndiyə gedən xaq artisti Fəxrəddin Manafov İTV-yə açıqlamasında deyib:
“İşğaldan azad olundan sonra dəfələrlə Şuşaya getmişəm. Amma Xankəndi şəhərində belə bir möhtəşəm gündə iştirak etmək hər kəsin həyatında olmur. Təbii ki, belə bir günü yaşamaq tək mənim üçün yox, bütün xalqımız üçün fərəhdir. Bilavasitə Xankəndində doğulmaq və orada stadionda "Qarabağ" futbol komandası ilə görüşmək, bu hissləri dil ilə demək çətindir. Möhtəşəm bir gündür" .