Dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edən əməkdar artist Aygün Bəylərin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı sənədləşmə işləri yekunlaşıb.
Bu haqda Teleqraf.com-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Aygün Bəylərin cənazəsini gətirən təyyarə Türkiyə saatı ilə 14:00-da xüsusi reyslə Ankaradan Bakıya yola düşüb.
Vida və dəfn məsələləri barədə Bakıya çatdıqdan sonra məlumat veriləcək.