Müğənni Nadir Qafarzadənin sosial şəbəkədə bir xanımla paylaşımı birmənalı qarşılanmayıb.
Teleqraf.com xəbər verir ki, Nadir Qafarzadə İnstaqramda video paylaşaraq bu sözləri qeyd edib:
"Tutaq ki, Nadir Qafarzadə evlənib. Evlənəndə adamı söyürlər, təhqir edirlər?! Nadir yox, bir başqası olsun. Evlənmək günah, biədəblik, tərbiyəsizlik, əxlaqsızlıqdır?! Bu insanlar necə düşünürlər?
Mən evlənməmişəm, həmin Nadirəm, bu yaşımda yenidən ailə qurmaq mənə yaraşmaz. Artıq yaşım o deyil. Uşaqlarım böyükdür, gəlinim, həyat yoldaşım var. Abır-həya var, elə şeydən utanıram. Mən ancaq bir nəfərə "səni sevirəm" deyə bilərəm, ikinciyə utanaram. İnsan bir dəfə sevir.
Sevgi bitirsə bitir, yenidən başlamır. Mənim üçün belədir, belə düşünürəm. Mən şok oldum. Nə isə, evlənmək söhbəti yoxdur".
Sosial şəbəkələrdə yayılan foto ifaçının klip çəkilişindən lentə alınıb.
Qeyd edək ki, Nadir Qafarzadə evlidir. Onun iki övladı var.