Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə münasibətindən danışıb.
Teleqraf.com xəbər verir ki, o, Namiq Qaraçuxurlu ilə yenidən duet oxuyacağını deyib:
"Biz Namiqlə küsüşəndə də salamlaşırdıq. Küsülü olan vaxt Moskvada Namiqlə toy mərasimlərinə də gedirdik. Bizi birlikdə dəvət etdilər. Nədənsə vətənimizdə buz əriməmişdi. Bu, birdən-birə baş verdi və tədbirlərə birlikdə dəvət aldıq. Ondan sonra Namiqlə daha tez-tez çıxışlar etdik.
Namiq yeni mahnımız üzərində çalışır. Məsuliyyət Namiqin üzərindədir. Çalış, Namiq..."