Müğənni Xatirə İslam "Zaurla Günaydın" verilişində həyat yoldaşı Fəxrəddin Musazadə ilə münasibətlərindən danışıb.
Teleqraf.com xəbər verir ki, Xatirə İslam həyat yoldaşı haqqında bu sözləri deyib:
"Elə görünür ki, mən od, Fəxrəddin sudur. Bir-birimizi qırırıq, bu normal haldır və hər ailədə olur. Ən çox mübahisə adi şeylərdən baş verir. Səbəb belə tapa bilmirəm. Mən küsülü qalmağı xoşlamıram, onun isə yadından çıxmır".
Xatirə İslam həyat yoldaşının nəvaziş göstərməmisəndən də şikayət edib: "Neçə ildir ailəliyik, hələ bir dəfə könlümü almayıb. Ürəyi təmizdir, amma məni sığallasın, canım desin, nəvaziş olmayıb".