Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılovanın ikinci dəfə ailə qurduğu şəxsin adını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Rəqsanə İsmayılova İnstaqram hesabında Aysun İsmayılovanın nikah mərasimindən görüntü paylaşıb:
"Xoşbəxt ol, qızım, bütün qızlar gəlin köçsün. Allah səni sevincli, xoşbəxt həyatında ana olmağı nəsib etsin. Aysun İsmayılova və Ramil Vəliyev, Allah sizi bir yastıqda qocaltsın".
Qeyd edək ki, Aysun İsmayılova ötən gün bir neçə ay əvvəl ikinci dəfə ailə qurduğunu açıqlayıb. Ramil Vəliyev vəkildir.