Türkiyənin tanınmış müğənnisi Kənan Doğulunun qardaşı dicey Ozanın məhkəməsi bitib.
Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, "narkotikdən istifadə etmə" və "narkotik maddə istifadəsi üçün yerlə təmin etmə" maddəsi ilə ittiham olunan tanınmış sənətçiyə 7 il həbs cəzası istənilib. Cinayət işinə baxan məhkəmə "narkotik maddə istifadə etmə" ittihamı ilə ifaçıya 10 ay həbs cəzası verib. Ancaq qərarı icrasını təxirə salıb. Belə ki, Ozan 5 il ərzində eyni cinayəti işləyəcəyi təqdirdə qərar qüvvəyə minəcək.
Məhkəmə "narkotik maddə istifadəsi üçün yer təmin etmə" ittihamından isə ifaçının bəraətinə qərar verib.
Rüstəm