11 İyul 01:56
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vanda Nara "Qalatasaray"ın ulduz hücumçusu Mauro İkardidən ayrıldığını təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, daha öncə "Ciudad Magazine" cütlüyün boşanmaq üçün məhkəməyə müraciət etdiyini yazmışdı.

Vanda Nara xəbəri təsdiqləyərək bildirib ki, ayrılmaq qərarına o özü gəlib: "Amma Mauro və mən bir ailə olmaqdan vaz keçməyəcəyik. Heç nəyə peşman deyiləm, bu sevgiyə həyatımın ən gözəl illərini vermişəm, amma bu gün tək qalmalıyam. Heç bir günahkar yoxdur. Əlaqələrimiz indi əvvəlkindən daha güclüdür. Mənim prioritetim həmişə uşaqlarım olub və bu gün də elədir".


Müəllif: Arzu

Oxşar xəbərlər