30 İyul 13:21
11 481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Murad İsmayıldan ayrılan aktrisa Ülviyyə Xəlilbəylinin anası "O üz" verilişində qızının şəxsi həyatından danışıb.

Teleqraf.com xəbər verir ki, Ülviyyə Xəlilbəylinin anası bu sözləri deyib:

"Qızım sakit, işini bilən və heç kimə dəyib-dolaşmayan bir xanımdır. Ailəmizdə məndən başqa hamı onun aktrisa olmasına qarşı idi. Həyat yoldaşım çox etiraz etdi. Çox əziyyətlərimiz oldu. Haqqında çox söz-söhbətlər danışırdılar.

Mən Ülviyyəyə çox inanmışam və bilirdim ki, bizim başımızı aşağı salacaq heç nə etməz. Ona qarşı çox haqsızlıqlar oldu. O, ailə qurandan çox əziyyət çəkmişəm. Özümlə qızıma səbr diləmişəm. Hər gün yaxşı olacaq ümidiylə...

Ülviyyəyə hamımız dəstəyik. Qadın kimi xoşbəxt olsun. Onun bütün qərarlarında yanındayıq".

Qeyd edək ki, keçmiş cütlüyün iki övladı var.






Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər