31 İyul 16:55
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qədim Azərbaycan incəsənət nümünələri dizayner Gülnarə Xəlilovanın əsərlərində avqustun 1-dən 4-dək Kapadokya Moda və Mədəniyyət həftəsi çərçivəsində təqdim olunacaq.

Teleqraf.com xəbər verir ki, qonaqlara Orta əsrlərin eskizlərini, xalça naxışlarını, Qarabağın motivlərini, Azərbaycanın rəmzi olan nar, qurama, ipək üzərində işləri əks etdirən iki "Miniatür" və "Cizgi" kolleksiyası təqdim olunacaq.

Qeyd edək ki, Gülnarə Xəlilova Azərbaycan Milli geyim mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, "Cizgi" brendinin sahibidir.

Kolleksiyaları ABŞ, İngiltərə, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər