30 Avqust 16:29
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, səhhəti pisləşən meyxanaçı Xəyyam Əhmədli xəstəxanaya yerləşdirilib.

Meyxanaçının qardaşı oğlu Mustafa Quliyev Teleqraf.com-a açıqlamasında Xəyyam Əhmədlinin səhhəti haqqında məlumat verib: "Əmim hazırda "Yeni Klinika"nın reanimasiya şöbəsindədir. Onun qarın nahiyəsinə maye yığılıb. Həkimlər bildirib ki, maye çəkildikdən sonra əməliyyat edilə bilər. Ürək təzyiqi çox aşağıdır. Xəstəxanaya ötən gün yerləşdirilib.

Əmimin müalicəsi üçün yüksək məbləğ lazımdır. Yəqin ki, sənət dostları və onu sevənlər yardım edəcəklər".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər