9 Oktyabr 11:05
1 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ülviyyə Namazovanın qardaşı Vüqar Namazovun bıçaqlanaraq Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdirilməsi haqqında xəbər yayılıb.

Məsələ ilə bağlı Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Teleqraf.com-a açıqlamasında ifaçının qardaşının səhhətinin yaxşı olduğunu deyib: "Xəstəxanada Vüqar Namazov adlı şəxs var. Onun səhhəti yaxşıdır və bu gün, yaxud sabah evə buraxılacaq".

Müğənni Ülviyyə Namazovanın köməkçisi Elmar bəy isə yayılan məlumatı təkzib edib: "Bu şayiədir. Yayılan məlumat doğru deyil. Amma Vüqar Namazov Ülviyyə Namazovanın qardaşıdır".

Qeyd edək ki, ifaçının qardaşı Vüqar Namazovun 2 gün əvvəl 5 bıçaq yarası ilə xəstəxanaya yerləşdirildiyi qeyd edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər