“Əli və Nino” filmindəki rolu üçün başını keçəl etdirib saqqal saxlayan aktyor Halit Ərgənç Bakıdakı çəkilişləri bitirərək İstanbula qayıdıb.
Teleqraf.com “Hürriyət”ə istinadən xəbər verir ki, ötən gün həyat yoldaşı aktrisa Bərgüzar Korellə ad gününə qatılan aktyor yeni imici ilə bağlı jurnalistlərin sualına cavab verib. O, gülümsəyərək “Bərgüzar bəyəndisə, bəsdir” deyib.
Qeyd edək ki, Türkiyəli aktyor Halit Ərgənç filmdə Fətəli Xan Xoyski rolunu oynayıb.
Teleqraf.com fotoları təqdim edir:
Rüstəm