14 Mart 2015 15:47
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti İlhamə Quliyeva ATV-nin "Gün üzü” verilişində Nadir Qafarzadə ilə bağlı yaranan qalmaqala münasibət bildirib.

Teleqraf.com məlumatına görə, müğənni bakuinfo.az-a açıqlamasında deyib ki, Nadir Qafarzadənin Sami Yusifi tanımamasında qəbahət yoxdur:

"Nadirin o adını çəkdiyiniz kəsi tanımamağı mümkündür. Burada qeyri-adı nə var ki? Heç mən də onu tanımıram. Nadirin dediklərində təhqiramiz heç nə yoxdur və mən çox razıyam. Özümüzünküləri dəstəkləyək, onlara dayaq duraq. O verilişə baxmamışam. Əgər senzuradan kənar ifadə işlədibsə, olmaz. Mədəni formada fikri izah etmək olardı. Öz sənət nümayəndələrimizin qədrini bilməliyik. Məni kimisə tanımadığıma görə kim suçlaya bilər ki?”

İlhamə Quliyeva Qafarzadənin Sami Yusif barədə işlətdiyi "o haranın zibilidir ki” ifadəsinə də münasibət bildirib:

"Zibil” sözünü istifadə edibsə, yəqin ki, özümüzünkülərə diqqət olmamasına, yabancı sənət nümayəndələrinin bu qədər dəstəklənməsinə əsəbiləşib. Amma əlbəttə, efirdə elə söz demək Nadirə yaraşmır. Bildiyim qədərilə o, çox mədəni və tərbiyəli insandır. Nadiri çox istəyirəm. Bir tərəfdən də düz deyib, özümüzünküləri dəstəkləyək, ayaqlarının altını qazmayaq, sətiraltı sözlər atmayaq, təhqir etməyək”.

Qeyd edək ki, İlqar Mikayıloğlunun aparıcısı olduğu "Gün üzü” verilişində qonaq olan Nadir Qafarzadə hazırda Azərbaycanda olan həmkarı Sami Yusifu təhqir edib və bundan sonra onunla aparıcı arasında mübahisə yaranıb. Qafarzadənin Sami Yusif barədə işlətdiyi ”O haranın zibilidir ki?” ifadəsi sənətçimizin verilişdən uzaqlaşdırılmasına səbəb olub. Ardınca isə sosial şəbəkədə baş verənlərlə bağlı bunu yazıb:

"Hərdən Azərbaycanda yaşayan bir çox insanlara yazığım gəlir. Görəsən, bizim kimi yaltaq varmı? İnanmıram”.


Müəllif:

Oxşar xəbərlər