Türkiyəli müğənni Kənan Doğulu və xanımı aktrisa Beren Saatla iş birliyinə başlayıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün Bilkəntdəki "Bis" adlı məkanı aprelin 4-də açılacaq. Yeni məkanın 260 nəfərlik restoranı, konsert üçün isə 400 nəfərlik yeri var. “Bis” hər gün saat 17.00-dan qonaqlar üçün açıq olacaq.
Qeyd edək ki, 2,5 ildən artıq birlikdə olan cütlük 2014-cü ilin iyulun 29-da Los Ancelesdə ailə həyatı qurub.
Rüstəm