21 Aprel 2015 12:06
1 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur futbolçu Kriştianu Ronaldodan ayrıldıqdan sonra gərgin iş rejiminə keçən rusiyalı top model İrina Şeyk yeni fotosessiya etdirib.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, “Viva” jurnalının aprel sayı üçün obyektiv qarşısına keçən model şəxsi həyatı və işi ilə bağlı sualları da cavablandırıb.

“Sevdiyim insanlara vaxt ayırıram. Ailəmə, dostlarıma diqqət göstərirəm. İşlərim də çox önəmlidir, ancaq tarazlığı qorumaq və həyatdan zövq almaq lazımdır. Şüarım da “Həyatını yaşa və özün ol”dur”.

'İnsanlara umut vermek istiyorum'

Model Rusiyada yaşayan ailənisini tez-tez görməyə getdiyini deyib:

“Ailəmə yaxın biriyəm, amma iş qrafikim bəzən bunu çətinləşdirir”.

Cazibədar model bacısı ilə birlikdə doğulduğu Yemanjelinsk şəhərində xəstəxana da tikdirib:

“Bu, mənim üçün çox vacib idi. Ora böyüdüyüm və dünyaya baxışımın formalaşdığı yerdir. İnsanlara kömək etmək və ümid vermək istəyirəm”.

İ.Şeyk gözəllik sirrlərini də açıb:

“Çoxlu su və C vitaminli su içirəm. Dərimin daha sağlam və canlı görünməsinə kömək edir. Bədəninizi sevməli, onu qorumalı və qulluq etməlisiniz. İstədiyim yeməyi yeyirəm və daha sonra məşq edərək çəkimi qoruyuram.”

Film sahəsində debüt edən İrina təəssuratlarından da danışıb:

"Aktrisa olmaq çox gözəldir! İlk filmdən açox önəmli rolda çıxış etdim. Rejissorumuz məni çox sakitləşdiridi. Filmdəki rol yoldaşım Dueyn Conson çox zəkalı və möhtəşəm bir insandır. Filmdə oynamaq mənim üçün bir yuxuydu və reallaşdı. Rus agenti rolu isə xəyalımdakı xarakterdir".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər