Ölkəmizi bu il “Eurovision”da təmsil edəcək müğənni Elnur Hüseynov “Hour of the Wolf” mahnısını türkcə oxuyub.
Teleqraf.com xəbər verir ki, ifaçı “Qaranlıqlara təslim olmam” adını verdiyi bəstəyə İstanbulda klip də çəkdirib. Klip ilk dəfə E.Hüseynovun Türkiyədə keçirdiyi partidə yayımlanıb.
Qeyd edək ki, “Eurovison 2015”in I və II yarımfinalı müvafiq olaraq mayın 19 və 21-də, final mərhələsi isə 23-də keçiriləcək. Təmsilçimiz ikinci yarımfinalda 11-ci nömrə altında çıxış edəcək.
Rüstəm