8 May 2015 13:44
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qələbə günü münasibəti ilə 9 may tarixində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tədbir keçiriləcək.

Teatrın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, əvvəlcə səhnədə XX əsrdə bəşəriyyətin ən dəhşətli dövrü olan 1941- 1945-ci illər müharibəsi haqqında çıxışlar olacaq. Daha sonra İsveç dramaturqu Lars Nurenin “Müharibə” əsəri əsasında hazırlanmış “Mən gəldim, qızlar” (“Müharibə”) tamaşası nümayiş etdiriləcək.

Qeyd edək ki, iki hissəli tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarınıın əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadur. Səhnə əsərində əsas rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Roza İbadova canlandıracaqlar.

Məlumat üçün bildirək ki, tədbir “1941-1945-ci illər müharibəsində qələbənin 70 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2015-ci il tarixli sərəncamının icrası ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planına əsasən gerçəkləşəcək.

Nərmin


Müəllif:

Oxşar xəbərlər