16 May 2015 19:07
901
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda şou-biznes yoxdur”.

Bunu Teleqraf.com-a açıqlamasında “Eurovision” təmsilçimiz Dilarə Kazımova deyib.

Onun sözlərinə görə, Azərbaycanda şou-biznes öz üzərilərində işləyən, nəsə etməyə səy göstərən insanlardan ibarətdir: “Məsələn, mən, Miri Yusif və başqaları... Amma bunu, ümumiyyətlə, bütün dünyada mövcud olan şou- biznes adlandırmaq düzgün deyil. Bizdə çox istedadlı gənclər var. Onlar xaricdə festivallarda iştirak etsələr də, bu haqda Azərbaycanda kimsə bilmir, yaxud da onlar burda tanınmırlar. Bu, problemdir. Təəssüf ki, bu problemi necə həll etməyin yollarını mən də bilmirəm. Bəlkə, şou-biznesimizi yenidən və əsaslı şəkildə qurmaq lazımdır. Başqa tərəfdən, təəssüf ki, biz tamaşaçılarımızı tərbiyə etmirik. İnsanlar televiziya vasitəsilə məlumat alır və buna uyğun onlarda fikirlər formalaşır. Televiziyada elə kliplər nümayiş olunur ki, bu, qəbul olunmazdır. Ən azından bu, televiziyanın formatına uyğun deyil. Mənim klipimi isə ona görə qəbul etmirlər ki, orada siqaret təsvir olunur və rus dilindədir. Əslində, televiziya özü sənin məhsuluna can atmalıdır. Yəni, müğənninin məhsulu televiziyanı ona müraciət etməyə vadar etməlidir. Fikrimcə, Azərbaycanda çox az yaxşı mahnı var”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər