İnternetdə Spilberq, Trevorrou və Prettin film barədə şərhlərinin olduğu video yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, "Yura dövrünün dünyası" - Stiven Spilberqin "Yur dövrünün parkı" filminin məntiqi davamıdır. Rejissor Kolin Trevorrou Spilberqin filminə prodüserlik etmişdi. "Yura dövrünün parkı" hadisələrindən 20 il sonra Nublar adasında park fəaliyyət göstərir. O zaman parkın sahibləri modifikasiya edilmiş "ağıllı" və təhlükəli dinozavr yaradırlar, ancaq hər şey yenə də nəzarətdən çıxır.
Baş rollarda - Kris Prett və Brays Dallas Hovarddır. Bakıda film iyunun 11-də böyük ekranlara çıxacaq.
Teleqraf.com videonu təqdim edir:
Rüstəm