Kanadalı müğənni ABŞ hava yolları şirkətinin haqsızlığı ilə üzləşdiyini iddia edir.
ANS PRESS-in məlumatına görə, kanadalı məşhur müğənni Sala Blekvud iki yaşlı uşağının təyyadə səs salması səbəbilə onlara uçuşa icazə verilmədiyini və təyyarədən atıldığını iddia edib. O, bu barədə sosial şəbəkədəki hesabında yazıb.
ABŞ-ın San-Fansisko şəhərindən Vankuverə səfər etməyi planlaşdıran 7 aylıq hamilə olan müğənni uçuşdan əvvəl təhlükəsizlik xidməti işçiləri tərəfindən uşağının və özünün təyyarədən atıldığını bildirib.
“United Airlines” hava yolları şirkəti isə müğənninin iddialarını təkzib edərək, sadəcə təhlükəsizlik səbəbilə onları təyyarədən çıxardığı haqda açıqlama yayıb.