Müğənni Ayan Babakişiyeva ilə Aysel Əlizadənin küsülü olduğu ortaya çıxıb.
Axşam.az-ın məlumatına görə, A.Əlizadə 5/5" verilişində deyib ki, həmkarı onun aparıcı Zaur Kamalla arasını vurub:
"Ay Zaur" verilişi Ayan Babakişiyevanı Gəncədə çəkərkən, mən də dəvət olunmuşdum. Amma Ayana demişdim ki, gələ bilməyəcəm. Aranı qatdı. Guya, mən əvvəl çəkilişə "hə" demişəm, sonra aldatmışam. Çörək kəsdiyim insanın əməyin tapdalamıram. O insanla çörək kəsmişdim. Sabah da üz-üzə gələcəyik. Mənim çörəyimi tapdalayana salam da vermirəm".
A.Babakişiyeva Ayselin ittihamlarına sərt cavab verib:
"Ayselin çıxışını izlədim. Çox aqresiv idi. Onun üçün Ayan adını çəkmək şərəfdir. Allah ağıl versin. Həmin çəkiliş mənim şəxsi verilişim deyildi. Burada "Xəzər" telekanalının və Zaur Kamalın adı var idi. Gərək etiraz etməzdi. Deyir, mənim çörəyimi tapdalayır. Sən mənim evimdə çörəyimi kəsmisən. Ağıllı olmaq lazımdır".