2 İyul 2015 15:59
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Universal Pictures kinoşirkəti "Apple" şirkətinin həmtəsisçisi Stiv Cobsa həsr olunmuş filmin ilk treylerini paylaşıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, ekran işində baş rolu Maykl Fassbender oynayıb. Film Uolter Ayzeksonun "Stiv Cob" kitabı əsasındadır.

Bu kitab barədə hələ sağlığında Stiv Cobs müsbət münasibətini bildirmişdi. İlkin olaraq, baypiki Sony şirkəti çəkməli olsa da, ancaq ötən ilin sonunda şirkət layihədən imtina etdi. Güman edilir ki, buna səbəb baş rola əsas iddiaçı Kristian Beylin layihədən çıxması olub. Nəticədə Sony ekranlaşdırmaya haqları Universal Pictures-ə satdı.

Filmin dünya premyerası oktyabrı 9-na planlaşdırılıb.

Rüstəm


Müəllif: