11 Sentyabr 2015 11:38
1 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan kinosunda maraqlı rollar yaratmış tanınmış aktyor Vəliəhd Vəliyev dünyasını dəyişib.

Bu barədə Report-a mərhum aktyorun qardaşı, Gəncə Dövlət Dram Teatrının aktyoru, əməkdar artist Ramiz Vəliyev məlumat verib:

"Vəliəhd 15 ildir ABŞ-da yaşayırdı. Dünən axşam saatlarında dünyasını dəyişib. Bir ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bu gün ABŞ-da torpağa tapşırılacaq. Bura gətirilməsi mümkün deyil. Çünki ailəsi orada yaşayır. Hazırda cənazəsi həmin ölkədəki müsəlman məscidindədir. Günorta saatlarında dəfn ediləcək".

Xatırladaq ki, Vəliəhd Vəliyev xalq artistləri Həmidə Ömərova, Sonaxanım Mikayılova, əməkdar artistlər Fərhad İsrafilov, Ötkəm İsgəndərovla birlikdə Moskvada kinoaktyor kurslarında təhsil alıb. Azərbaycan kinosunda biri-birindən maraqlı obrazlar yaradıb. Onun ən məşhur rollarından biri "Evlənmək istəyirəm" filmində yaratdığı Əhməd bəy obrazıdır. Vəliəhd Vəliyev 1952-ci ildə Daşkəsəndə anadan olub. 1975-1979-cu ildə Moskvada ÜDKİ-nin Aktyorluq fakültəsində təhsil alıb. 1979-cu ildən "Azərbaycanfilm" kinostudiyasında filmlərdə çəkilib.

Allah rəhmət eləsin!


Müəllif: