12 Sentyabr 2015 15:48
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış modelyer Gülnarə Xəlilovanın yeni kolleksiyası Çinin Urumçi şəhərində keçirilmiş “İpək yolu” IV Avrasiya Beynəlxalq Geyim Festivalının mükafatına layiq görülüb.

Bu barədə Teleqraf.com-a Gülnarə Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin mətbuat xidmətindən məlumat verilib: “Bakı-2015” I Avropa Oyunlarına həsr edilmiş Azərbaycanın milli geyimlərindən ibarət kolleksiya nüfuzlu "Master Exibition & Performance Award" mükafatına layiq görülüb. 25 geyimdən ibarət kolleksiyanın nümayişində çinli modellər iştirak ediblər. Kolleksiyanın nümayişi Azərbaycan moda gecəsini əsas xəbər başlıqları sırasına çıxaran Çin KİV-lərində böyük maraq doğurub. Festivalda Çin, Rusiya, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən olan dizaynerlər iştirak ediblər”.

Xatırladaq ki, bu kolleksiya Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Heydər Əliyev Fondunun I Avropa Oyunları Təşkilat Komitəsi ilə birlikdə təşkil etdiyi ilk Avropa Oyunlarının təqdimatı çərçivəsində cari ilin aprelində Londonda təqdim edilmişdi.

Qeyd edək ki, G. Xəlilova "Master Exibition & Performance Award" mükafatına ardıcıl iki ildir layiq görülür. Dizayner ötən il təqdim edilən 3 kolleksiyaya - "Emosiyaların partlayışı", "İlham", "İlmələrin sehri"- görə mükafat almışdı.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər