15 Sentyabr 2015 11:23
1 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur.

Teleqraf.com xəbər verir ki, bir sıra şou-biznes nümayəndələri övladlarını məktəbə yola salmağın həyəcanını yaşayır.

Tanınmış müğənni Miri Yusifin oğlu Mir Hüseyn birinci sinifə gedir. Sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. İfaçı oğlu ilə fotosunu paylaşaraq onu təbrik edib.

Uşaqları birinci sinifə gedən məşhurlar sırasında Rəqsanə İsmayılova da var. O da övladı ilə bağlı arzularını sosial şəbəkədə bölüşüb: Bu gün balamız gözəl Yağmurum birinci sinfə gedir. Bütün balaları təbrik edirəm, uğurlar arzulayıram. Vətənə, xalqa layiqli balalar olsunlar”.

Müğənni Elnarə Xəlilova məktəbə gedən oğluna belə xeyir-dua verib: “Mənim ümidim, köməyim, arxam, dayağım, dirəyim, oğul. Düşmənim yoxdur Çəpərim Oğul. Noğulum, qəndim, şəkərim, oğul. Səni 1-ci sinfə getməyin münasibətilə ürəkdən təbrik edirəm! O gün olsun ki, ali məktəbə gedəsən inşallah”.

Röya Ayxanın oğlu Hüseyn də birinci sinfə gedənlər sırasındadır.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər