25 Sentyabr 2015 19:11
5 967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Vüsalə Əlizadə tez-tez depressiyaya düşməsindən danışıb.

O Teleqraf.com-a açıqlamaında bunun təbii hal olduğunu və hamının başına gəldiyini deyib:

"Depressiyaya düşürəm. Kim deyirsə ki, depressiyaya düşmürəm, yalan deyir. Bir müddət əvvəl çoxlu dostlarım vardı, amma indi bir-iki dostum qalıb. Həyat sınaq meydanıdır və sınaqlardan keçə-keçə insanların iç üzünü görürəm. Mən yaxşı və pis günümdə kimlərin qaldığını, kimlərin isə getdiyini gördüm. Ona görə də ətrafım çox deyil. İnsanın dostu ailəsidir. Yeganə insanı darda qoymayan onun valideynləridir. Atam dünyasını dəyişib və hazırda anam yanımdadır. Və hər şeyi onunla bölüşürəm. O mənə dəstək olur. Mən bütün problemlərdən çıxmağı bacarıram və inşallah heç vaxt depressiyaya düşmərəm".

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər