Müğənni Xatirə İslam özünə qadağa qoyub.
Teleqraf.com xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə məlumat verib. Tez-tez iştirak etdiyi toylardan videolar paylaşan müğənni bir daha etməyəcəyini qeyd edib: “Bundan sonra çalışacam ki, toylarda ifam etdiyim videoları paylaşmayım. Çünki, bir-iki adam var ki, eynilik edirlər”.
Qeyd edək ki, X. İslam yaxın günlərdə “Gecələr” adlı yeni mahnısını təqdim edəcək.
Rəqsanə