20 Oktyabr 2015 20:16
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real"ın və Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo diqqət mərkəzinə düşüb.

Həmişə çəkildiyi reklam filmləriylə pula-pul deməyən portuqaliyalı forvard, bu dəfə heç bir əziyyət çəkmədən 10 milyon avro qazanacaq.

Bu yaxınlarda ABŞ-da 18,5 milyon dollara villa alaraq diqqət mərkəzinə düşən Ronaldonun tezliklə Hollivuda daxil olaraq, filmlərə çəkiləcəyi barədə xəbərlər yayılmışdı. Bu xəbər tezliklə özünü doğrultdu. Belə ki, məşhur amerikalı rejissor Martin Skorseze ona yeni filmində kiçik rol təklif etdi.

Ronaldo rejissorun bu təklifiylə razılaşdı və tərəflər arasında müqavilə imzalanıb. Ancaq sonradan filminin Ronaldonun kölgəsində qalmasından qorxan rejissor, portuqaliyalı futbolçuyla bağlanmış müqaviləni birtərəfli qaydada pozub. Tərəflər arasındakı müqaviləyə əsasən, təklif edən tərəf sonradan anlaşmanın birtərəfli qaydada pozulacağı halda, Ronaldoya 10 milyon avro məbləğində təzminat ödəməli olacaq.

Beləliklə 30 yaşlı hücumçu həyatının ən asan qazancını əldə edib.

10 milyon avro ziyana düşmüş rejissor Skorseze isə Ronaldonun yerinə aktyor Çanninq Tatumla anlaşıb.


Müəllif:

Oxşar xəbərlər