22 Oktyabr 2015 12:14
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerkialı məşhur aktrisa Meqan Foks bir müddət əvvəl boşandığı Brayn Ostinlə görüşüb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, cütlük avqust ayında boşanmaq üçün məhkəməyə müraciət edib. Ancaq buna baxmayaraq, onlar ötən gün Los-Ancelesdə uşaqları ilə birlikdə görüntüləniblər.

Birlikdə bazarlıq edən cütlüyün mehriban davranışı diqqətdən qaçmayıb

Xatırladaq ki, Brayn və Meqan 2004-cü ildə çəkiliş zamanı tanış olublar. Cütlük 2010-cu ildə ailə qurub. Onların Noa və Bodi adlı azyaşlı qızı var.

Ramal


Müəllif: