"GQ" jurnalının Türkiyə variantına görə "İlin adamı" seçilən futbolçu Arda Turanla tədbirin aparıcısı Burcu Esmersoy arasında olanlar mediada gündəmə düşüb.
Türkiyə mətbuatına istinadən məlumatına görə, mükafat təqdim edilən hər məşhurla səhnədə görüşən Burcu Arda gəlincə arxa tərəfə keçib. O, Ardanın adını çəkməyib və onunla görüşməyib. Futbolçuya mükafatı basketbolçu Hidayet Türkoğlu təqdim edib. "Barselona"nın ulduzu mükafata görə, ailəsinə və sevgilisinə təşəkkür edib.
Bir zamanlar Ardayla çox yaxın dost olan Burcu bunu təkzib edərək "səhnədəydim, yəqin siz görməmisiniz" deyib./Axşam.az/