Məşhur aktrisa Keyt Blanşett 2016-cı ildə heç bir filmə çəkilməyəcəyini açıqlayıb.
Aktrisa “Harpers Bazaar” jurnalına açıqlamasında karyerasında övladlığa götürdüyü azyaşlı qızı Edit Vivianın qayğısına qalmaq üçün fasilə verəcəyini deyib.
Qeyd edək ki, Keytlə 18 illik həyat yoldaşı Endryu Apton 2015-ci ilin martında övladlığa uşaq götürüblər. Cütlüyün özünün isə üç doğma ovladı var./Axşam.az