“Paltarlarımın bəziləri bahalı, bəziləri isə ucuzdur”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Natavan Həbibi deyib: “Mənim üçün qiymətin önəmi yoxdur. Əsas odur ki? ən paltar mənə yaraşsın və getdiyim məkana uyğun gəlsin. Elə ucuz paltar geyinə bilərəm ki, hamı deyər ki, bu paltar hansı brenddir? Eləcə də elə bahalı paltar geyinərəm ki, o mənə yaraşmaz. Məsələn, İlhamə xanımın ad günündə çox bahalı bir paltar geyinmişdim. Amma məni çox kök göstərmişdi. Sonra dedim ki, gərək o paltarı geyinməzdim. Lovğalanmaq kimi çıxmasın lazım olanda çox bahalı paltar alıram. Bəzən elə paltar geyinməyə çalışırsan ki, nə var-nə var, o toyda filankəslər iştirak edir”.
N.Həbibi depressiyaya düşmədiyini də vurğulayıb: “Əsəb, stess keçirmişəm, amma özümə qapanmamışam, depressiyaya düşməmişəm. Şükür Allaha indi həyatımda hər şey yaxşıdır. Sevilirəm. Məni sevirlər...”.
Rəqsanə