Xalq artisti Rasim Balayev “Sara” adlı filmə çəkilir.
Bu haqda Teleqraf.com-a xalq artistinin özü məlumat verib: “Filmin rejissoru Elvin Əhmədovdur. Ekran əsərində gənc aktyorlar çəkilirlər. Təcrübəli aktyorlar yoxdur. Qaynata obrazını canlandırıram. Obrazım nə müsbət, nə də mənfi qəhrəmandır. Ümumiyyətlə, obrazlarımı kateqoriyalara ayırmıram. Mənim çəkilişlərim fevralın 25-də bitir. Qonorar qane etməsə də yola verdik. Ümumiyyətlə, Azərbaycanda film sahəsində qonorar qaneedici deyil. Hər zaman filmlərə çəkilmək istəyirəm, amma ssenari yaxşı olmalıdır”.
Rəqsanə