Xalq artisti İlhamə Quliyevanın mətbuatda Flora adlı qızının olması haqqında məlumat yayılıb.
İ.Quliyevanın qohumu müğənni Əli Mirəliyev Teleqraf.com-a bildirib ki, xalq artistinin qızının olduğunu bilmir: “İlhamə xanımın Flora adlı qızının olması haqqında məlumatım yoxdur. Mən fala baxan deyiləm ki, xəbərin yanlış yaxud da düzgün olduğu haqqında danışım”.
Xalq artistinin bacısı Gülbahar Quliyeva isə deyib ki, İ.Quliyevanın qızı olması haqqında yayılan xəbərlər əsassızdır: “Ayıbdır... Mənim bacım dörd-beş gündür ki, dünyasını dəyişib. Bu şayiə İlhamə xanıma yaraşan söhbət deyil. İlhamənin qızı olsaydı, gizlədərdimi? Xeyr. Bunlar boş şayiələrdir. Bu haqda heç kimə izahat vermək istəmirəm”.
Rəqsanə