2 Mart 2016 19:09
1 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış türk sənətçısı Sezen Aksuya ağır itki üz verib.

Teleqraf.com-un xəbərinə görə, sənətçinin “Ağlama anne”, “Sevdam ağlıyor” kimi mahnılarının ilham qaynağı olan anası Şəhriban Yıldırım 91 yaşında dünyasını dəyişıb.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, Sezen Aksunun sənət dostları anasını son mənzilə yola salan sənəntçini tək qoymayıblar. İbrahim Tatlısəs, Bülənt Ərsoy, Hülya Avşar, Sibel Can, Mustafa Ceceli, Hande Yener, Erol Evgin, Nukhet Duru, Ərcan Saatçı və digərlərı Örnəkköy məzarlığında torpağa tapşırılan Şəhriban Yıldırımın dəfn mərasiminə qatılıblar.

Sənət yoldaşının acısını paylaşan Bülənt Ərsoy “Şəhriban xanımı heç görmədim. Amma o böyük qadını dünyaya gətirən anadır. Həm də müəllimdir. Müəllimlərə də çox böyük hörmətim var” deyib.

İbrahim Tatlısəs də “Biz çətin günün dostuyuq. Çətin günlərin adamıyıq” sözləriylə S.Aksunun acısına şərik çıxıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər