“Axırıncı yol” filminin prodüseri İlkin Həsəni bu filmdə aktyor Elşən Orucova az yer verilməsinin səbəbini açıqlayıb.
Onun Teleqraf.com-a açıqlamasına görə, buna səbəb E.Orucovun filmin çəkilişləri zamanı əməliyyat edilməsi olub: “Filmdə Elşən Orucovun səhnələri çox idi. Sadəcə olaraq, çəkiliş zamanı Elşənin səhhətində problem yarandı və o, əməliyyat edildi. Vaxta görə Elşənin müəyyən səhnələrini məcbur olub ssenaridən çıxardıq. Amma Fəlakət həmişəki kimi az oldu, saz oldu”.
Rəqsanə