Müğənni Elçin Hüseynov toy qiymətindən danışıb.
Sənətçinin Teleqraf.com-a açıqlamasına görə, toya hansı qiymətə getdiyini heç kim bilmir: "Toylara əvvəl neçəyə gedirdimsə, indi də o qiymətə gedirəm. 20 ildir ki, toylarda oxuyuram, amma heç kim məclislərə hansı qiymətə getdiyimi deyə bilməz. Ona görə toy sahibi ilə özüm görüşürəm. Və kiminlə hansı qiymətə danışmaq lazım olduğunu bilirəm".
Müğənni yaxın günlərdə yeni mahnı ifa edəcəyini və diskini işıq üzü görəcəyini də bildirib.
Rəqsanə