26 Aprel 2016 22:49
708
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Muazzez Ersoy sürücüsü Hakan Saraçla sevgili olmasına münasibət bildirib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Muazzez Ersoy sürücüsünün zarafatla sevgilisi olduğunu deyib: “ Bu xəbər doğru deyil. Kiprə gedərkən yanımda assistentim, menecerim, bir də Hakan bəy var idi. Orada jurnalistlərdən biri mənə yaxınlaşdı və “Muazzez xanım, hara gedirsiniz?" soruşdu. Kiprə verilişə getdiyimi bildirdim. “Yanınızdakı bəy kimdir” deyə daha bir sual verdi. Mən də zarafatla “yeni sevgilimdir” dedim. Çünki müxbirin 10 ildir yanımda işləyən Hakanı tanımadığına təəccüblənmişdim. Jurnalist də bunu ciddi qəbul edib, sürücümlə sevgili olmağım xəbərini yazıb. Məsələ tamamilə bundan ibarətdir”.

Rəqsanə


Müəllif: