“Yeşilçam”ın sultanı Türkan Şorayın qardaşı Oqtay Şoray 20 il əvvəl intihar nəticəsində dünyasını dəyişib.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkan Şorayın qardaşı binanın 5-ci mərtəbəsindən özünü atıb.
Oqtay Şorayın itkisi, Türkan Şoray və bacısı Nazan Şorayın həyatlarındakı ən ağır günlərindən biri olub.
Qeyd edək ki, 34 yaşlı Oqtay Şoray məşhur aktrisanın ögey qardaşı olub. 16 yaşında keçirdiyi motosiklet qəzasından sonra beynində problem yaranıb və buna görə psixoloji problemlər yaşayıb. Türkan Şoray o dövrdə qardaşının müalicəsi üçün böyük səy göstərdiyini və qapalı xarakterə malik olduğunu deyib.
Rəqsanə