Prodüser Tarix(Tolik) Əliyev tanınmış məkanların birində 37 yaşını qeyd edib.
Tarix Əliyevin Teleqraf.com-a açıqlamasına görə, ad gününü ilk olaraq atası təbrik edib: "İlk təbrik atamdan gəldi. Dedi ki, Allah sənə ailə qismət etsin. Bu il evlənməyi planlaşdırıram. Təbii ki, bu qismətlə bağlıdır. Mənim 37 yaşım var və bundan sonra saxta həyat qurmaq ayıb olar. Görsəm ki, ailə qura bilmirəm. Filip Kirkorov, Riki Martin kimi övladlığa uşaq götürəcəm".
Tolik küsülü olduğu şou-biznes nümayəndələrindən də danışıb: "Sabah İstanbula gedirəm və orada ad günümü Natavan Həbibi ilə qeyd edəcəm. Səidə Sultan ilə küsülü idik, özüm zəng edib ad günümə dəvət etdim. Oksana Rəsulova isə mesaj yazaraq təbrik etdi. Ən böyük problemim Natavan ilə olub, onunla da hər şey yaxşıdır".
Prodüser ad günündə İlhamə Quliyevanı da yad edib: "İlhamə Quliyevanın yeri görsənir. Bu gün onun yanında gəzənlər, ayaqqabısını dəyişənlər dalınca danışırlar, onu pisləyirlər. İlhamə Quliyeva ölənə qədər öz sözünü deyib, düz edib. Mən öləndən sonra qohumlarımdan baq heç kim çox üzülməyəcək. Bir gün gələcəklər və deyəcəklər ki, Tolik də var idi, öldü getdi".
Rəqsanə