Teleqraf.com xəbər verir ki, Yutub paylaşım şəbəkəsində yerlşdirilmiş videoda saxta pulları orijinaldan fərqləndirməyin yollarından bəhs edilir.
İstənilən halda pulu əlimizə alan kimi kağızın keyfiyyətinə fikir vermək əsasdır. Əgər adi kağız təsiri bağışayırsa, həmin pulun saxta olmasına şübhə ilə yanaşmaq pis olmaz. Pulun üzərinə işıq salıb, üzərində adi halda hiss edilməyəcək təhlükəsizlik işarələri var. Lent formasında parlaq olan işarə saxta pullarda əsla ola bilməz. Orijinal pulların üzəri biraz qabarıq olar, amma saxtalar adi kağız üzərinə rəng vurulduğuna görə heç bir qabarmadan söz gedə bilməz.
Saxta pulların rəngi də orginal pulların rəngindən hiss ediləcək dərəcədə solğun olur.
Videonu təqdim edirik.