17 Avqust 2017 08:57
1 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya alimlərinin yeni ixtirası tibbi cihazalara ehtiyacı tamamilə aradan qaldıra bilər.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu ixtiranın tətbiqindən sonra xəstə üzərində kabelə bağlı cihazla müayinə dövrü sona çatacaq.

Bu müayinə üsuluna görə, insan orqanlarının həyat funksiyaları nazik sensorlu tatu təbəqə hesabına ölçüləcək. Müvəqqəti xarakterli həmin təbəqə dəriyə yapışdırılacaq, tatu kimi sanki dərinin bir parçasına çevriləcək.

Elektron tatular ürək döyüntüsünü, eləcə də bədəndə gedən prosesləri cihazlarsız izləməyə imkan verəcək.


Müəllif: Mahir

Oxşar xəbərlər