Rusiyanın tanınmış diceyləri Matuya və Roma Bakıda yeni layihəyə başlayıblar.
Teleqraf.com xəbər verir ki, Bakıda klip çəkdirən diceylərdən Roma yerli musiqi tarixiylə yaxından maraqlandıqlarını və onun inanılmaz dərəcədə zəngin və fərqli olduğunu gördüklərini söyləyib: “Layihəyə başlamaq fikrinə gəldik. Hamının rəğbətini qazanmış köhnə mahnıların yeni stildə, “cover” versiyasını yaradacağıq".
Mərhum Oqtay Ağayevin repertuarına müraciət edən diceylər layihəyə “Ötən günlər” mahnısıyla start verdiklərini deyiblər:
“Uzun müddət bu mahnı üçün ifaçı axtardıq və qərara gəldik ki, bu, gözəl ifası olan bakılı olmalıdır. Məşhur olmayan, lakin istedadlı Fuad Nəbiyev duet ortağımız oldu”.
Qeyd edək ki, sözügedən ifa üçün klip Bakıda ekranlaşdırılıb. Klip Qız qalası, Şirvanşahlar sarayı, Heydər Əliyev Mərkəzi kimi tanınmış məkanlarda lentə alınıb.