Avstraliya parlamentində eynicinsli şəxslər bir-birinə evlilik təklifi edib.
Teleqraf.com xəbər verir ki, Avstraliyada Liberal Partiyanın üzvü olan 37 yaşlı deputat Tim Vilson orta məktəb müəlliməsi olan və parlamenti izləyən müşahidəçi Ryan Bolgerə evlilik təklifi edib. Eynicinsli şəxslərin evlilik təklifindən sonra yaşadığı duyğulara ölkə parlamenti şahidlik edib.
Ryan Bolger təklif haqqında özünün İnstraqram hesabında yazıb.
Qeyd edək ki, ötən həftə keçirilən referendum zamanı seçicilərin 61,6 faizi eynicinsli şəxslərin evliliyinin tərəfdarı olub. Bundan sonra yeni qanun Senatda qəbul olunub.
Onu da əlavə edək ki, ölkənin baş naziri Malkolm Trunbull minlərlə insan tərəfindən ölkədə sevinclə qarşılanan bu dəyişikliklər haqqında danışarkən deyib ki, referendumdan sonra top parlamentin əlindədir: “Vətəndaşlarımızın bizdən istədiyi şeyi gerçəkləşdirməliyik”.