25 Dekabr 2017 22:24
2 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nar bəzi xəstəliklərin müalicəsinə müsbət təsir göstərir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, narın özü kimi qabığı da şəfalıdır.

Narın qabığındakı qida dəyəri bir çox meyvənin özünün qida dəyərindən yüksəkdir. Onun qabığında antioksidant olduğundan yaşlanmanı gecikdirir, bir sıra xəstəliklərin müalicəsinə yardım edir.

Xəstəliklərdən qorunmaq üçün nar qabığından faydalanmaq lazımdır.

Onun orqanizmə müsbət təsirini sadalayaq:

Nar qabığındakı C vitamini uşaqların böyüməsinə dəstək olur. Sümüklər və dişlər üçün təbii müalicə vasitəsidir.

Orqanizmdə xəsarət olan nayihələrdə sürətli yaxşılaşmaya səbəb olur.

Nar qabığı boğaz ağrılarının və öksürəyin keçməsinə kömək edir. Bunun üçün meyvənin qabığını qurudaraq toz halına gətirmək lazımdır. Daha sonra suya qarışdırıb qarqara edərək boğaz ağrıları və öskürəyin qarşısını almaq olar. Bunun diş və diş ətinə də xeyri dəyir.

Bundan əlavə, nar qabıqları zəhərli maddələrin bədəndən xaric edilməsində də yardımçı olur.


Müəllif: Sara

Oxşar xəbərlər