26 Mart 2018 00:21
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yay aylarında dərinin təmizliyi xüsusilə çox vacibdir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, günəş şüaları dəriyə zərər verir və müalicəsi çətin olan problemlər yaradır.

Dəri təmizliyi üçün daha çox dəri tipinə uyğun təmizləmə gelləri, losyonlar və masajlar tətbiq olunur. Lakin masaj edərkən dərini sərt şəkildə ovalamaq lazım deyil.

Dəriyə qulluq prosedurlarında suyun temperaturu həmişə nəzərə alınmalıdır. Cildinizi dəri tipinizə görə seçdiyiniz məhsullarla təmizlədikdən sonra üzünüzü qurulamaq üçün dəsmal yerinə kağız salfetdən istifadə etmək olar. Çünki dəsmal üzərində olan bakteriyalar dərinizə zərər edir və sızanaqların yaranmasına səbəb olar.

Dərini təmizlədikdən sonra tonik istifadəsi məsləhətdir. Bu prosedur məsamələrin daha təmiz olmasını təmin edir. Tonik istifadəsinin ardından nəmləndiricilər və antiseptik məhsullara da təsirlidir. Əhəmiyyətli cəhətlərdən biri də hər gün “peeling”dən istifadə etməkdir.

Bu dərini incəldərək kapilyar damarların artmasına səbəb olur. T bölgəsindəki yağ sekresiyasını nizamlayan emisyonlu nəmləndiricilər də dəri təmizliyində təsirlidir.


Müəllif: Sara

Oxşar xəbərlər