ABŞ-ın eks-prezidenti Bill Klinton yenidən şorgözlüyü ilə gündəmə gəlib.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, amerikalı müğənni Aret Franklinlə vida mərasimi zamanı çıxış edən Arianda Qrandenin çılpaq ayaqları sabiq prezidenti necə deyərlər, zibilə salıb. Klintonun ağzıaçıq halda, gah da gülümsəyərək onun ayaqlarına baxması, dodaqlarını çeynəməsi diqqətdən yayınmayıb. Maraqlıdır ki, digər müğənnilər çıxış edərkən Klinton eyni emosiyaları sərgiləməyib. Onun Qrandeyə zənnlə baxması sosial şəbəkələrdə ciddi müzakirə və məzəmmətə səbəb olub.