23 Sentyabr 2018 11:28
2 520
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngilis alimləri bətnə yerləşdiriləcək bir cihazla qadınların niyə hamilə qalmadığını təsbit edəcəklər. Bətndəki pH və oksigen səviyyəsini ölçən bu cihaz bəzi cütlüklərin lazımsız süni mayalandırma etməsinin qarşısını alacaq.

Teleqraf.com xəbər verir ki, İngiltərədəki Southampton Universitetinin üzərində işlədiyi cihaz qəpik böyüklüyündədir və əməliyyat bir necə dəqiqə çəkir. Beləliklə 3,8 mm uzunluğundakı cihaz bətndəki hamiləlik üçün önəmli olan istiliyi, pH və oksigen səviyyələrini 7 gün boyu izləyir və nəticəni vericiyə yollayır.

Qeyd edək ki, əgər testlər müvəffəqiyyətli olarsa, cihaz gələn il lisenziya ala biləcək.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər